Baş katib: “Rusiya yeni hücuma hazırlaşır”
Tarix: 30-01-2023 17:36 | Bölmə: Dünya
Baş katib: “Rusiya yeni hücuma hazırlaşır”

NATO Rusiyanın Ukraynaya qarşı yeni hücuma hazırlaşdığının əlamətlərini görür. Reyting.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Seuldakı çıxışı zamanı deyib.

Baş katibin sözlərinə görə, Rusiya prezidenti Putin və rəsmi Moskvanın sülhə hazırlaşdığına dair heç bir əlamət yoxdur.

Y. Stoltenberq əlavə edib ki, sülhə hazırlığın əksi görünür: “Biz görürük ki, Rusiya yeni hücuma hazırlaşır, daha çox əsgər, 200 min insan və bəlkə də daha çox səfərbər olurlar. Onlar fəal şəkildə yeni silah-sursat əldə edir, öz istehsallarını artırırlar”.

Baş katib bildirib ki, Rusiya İran və Şimali Koreya kimi digər avtoritar dövlətlərdən də silah alır. “Ən əsası, prezident Putinin bu işğalın ümumi məqsədini, yəni Ukraynaya nəzarəti dəyişməsinə dair heç bir əlamət görmürük”, - deyə Y. Stoltenberq əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}