Kürdlərin partiyasından "6-lı Masa"nın seçki proqramına reaksiya: "Prinsipcə qəbul olunandır"
Tarix: 30-01-2023 20:57 | Bölmə: Dünya
Kürdlərin partiyasından "6-lı Masa"nın seçki proqramına reaksiya: "Prinsipcə qəbul olunandır"

Türkiyədə müxalif partiyaların birləşdiyi "Altı Masa" bu gün Ankarada böyük törənlə "Anlaşma Memorandumu" imzalayıb.

Reyting.az
xəbər verir ki, 9 əsas başlıq və 240 səhifədən ibarət seçki proqramı xaraketerli memorandum hazırda ölkənin əsas müzakirə mövzusudur.

Məsələyə seçkidə kilid rolu oynayacaq kürdlərin partiyası sayılan HDP-dən şərh verilib.

HDP-nin Qrup sədr başqan vəkili Meral Danış Beştaş seçki proqramını oxuduqlarını və prinsipcə qəbul olunan sayıb:

"Haqsızlığı, qanunsuzluğu, demokratiyasızlığı düzəltməyə çalışırlar. Hə. düzdür, AK Partiya iqtidara gələndə də ölkə güllük-gülüstanlıq deyildi.

İndisə "6-lı Masa"nın seçki proqramındakə bəzi tezislərlə bağlı qeydlər götürürəm. Məsələn, seçkki ilə vəzifəyə gələn bələdiyyə başqanlarının uzaqlaşdırılaraq, onların yerinə qəyyum atanması məsələsi.... Bəli, bu cür qanunsuzluqların aradan qaldırılacağının vəd verilməsi üstünlükdür. Digər yandan seçki barajının 3 faizə endirilməsinə gəldikdə, biz, ümumiyyətlə, bunun sıfırlanmmasını istəyirik. Həmçinin, partiyaların qapanma məsələsinə qarşı da ciddi səddlər çəkilməlidir".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər