Braziliya prezidenti Putin-Zelenski dialoquna vasitəçi olmaq istəyir
Tarix: 31-01-2023 08:53 | Bölmə: Dünya
Braziliya prezidenti Putin-Zelenski dialoquna vasitəçi olmaq istəyir

Braziliya prezidenti Lula da Silva Ukrayna böhranı üzrə Zelenski və Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.

Reyting.az
xarici media portallarına istinadla xəbər verir ki, Lula da Silva Rusiya və Ukrayna liderləri arasında birbaşa danışıqların keçirilməsi üçün özünün vasitəçilik xidmətini təklif edib.

Braziliyalı siyasətçinin sözlərinə görə, onun məqsədi Kiyevlə Moskva arasında sülh danışıqlarını təşkil etməkdir: “Əgər bundan ötrü Putinlə, yaxud Zelenski ilə təkbətək danışmaq tələb olunarsa, mən sülhə nail olma cəhdlərini problemsiz müzakirə etməyə hazıram. Sadəcə o masanın arxasına gücə və hörmətə sahib olanlar toplaşmalıdır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər