16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Çavuşoğlu: “Tələblərimizi yerinə yetirin, sonra NATO-ya üzv olun”
Tarix: 31-01-2023 15:40 | Bölmə: Dünya
Çavuşoğlu: “Tələblərimizi yerinə yetirin, sonra NATO-ya üzv olun”

“Tələblərimizi yerinə yetirin, sonra NATO-ya üzv olun”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macar həmkarı Peter Siyarto ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

Reyting.az
“Anadolu” agentliyinə istinadla bildirir ki, Türkiyənin baş diplomatı ölkəsinin NATO daxilində fikir və mövqe birliyinə hamıdan çox töhfə verdiyini vurğulayıb:

“Şimali Atlantika alyansınnın qurulmasında məqsəd ona üzv olan dövlətlərin təhlükəsizliyinin təmin edilməsidir. Hazırda bu hərbi ittifaqı hədəfə götürən iki obyekt mövcudur: Rusiya və beynəlxalq terrorizm. Çox təəssüf ki, bəzi terror təşkilatları hələ də İsveç və Finlandiyada öz fəaliyyətlərini son qoymayıblar. Əgər bizim onlara qarşı haqlı tələblərimiz yerinə yetirilərsə, bu dövlətlərin NATO-ya üzvlüyünə qəbul edilmələrində heç bir problem qalmayacaq. Sadəcə, bu iki dövlət Madrid razılaşmasının öhdəliklərini yerinə yetirməkdən imtina edirlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}