Kəşfiyyatın 2023-cü il proqnozu: Donbass və Krımda nə baş verəcək?
Tarix: 31-01-2023 16:53 | Bölmə: Dünya
Kəşfiyyatın 2023-cü il proqnozu: Donbass və Krımda nə baş verəcək?

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov əmindir ki, 2023-cü ildə Rusiya bütün diqqətini Donetsk və Luqansk vilayətlərinin işğalına yönəldəcək.

Reyting.az
-ın xəbərinə görə, K. Budanov “The Washington Post” qəzetinə müsahibəsində deyib ki, Ukrayna yaya qədər Krımın işğaldan azad edilməsi üçün hər şeyi etməlidir. Eyni zamanda o, Krımın qaytarılmasının Rusiyanı nüvə silahından istifadəyə təhrik edəcəyini istisna edib.

K. Budanovun fikrincə, Krımın qaytarılmasının Rusiyanı nüvə silahından istifadəyə məcbur edəcəyi ilə bağlı deyilənlər doğru deyil, amma Krım Ukraynanın tərkibinə qaytarılacaq.

Kəşfiyyat rəhbəri xatırladıb ki, hər şey 2014-cü ildə Krımda başlayıb və hər şey orada bitəcək. Amma o, Rusiyanın nüvə silahından istifadə edəcəyini gözləmir. “Çünki nüvə zərbəsi təkcə Rusiyanın hərbi məğlubiyyətinə deyil, həm də onun dağılmasına gətirib çıxarar və bunu ruslar da çox yaxşı bilirlər”, - K. Budanov əlavə edib.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər