"6-lı Masa" üzvünün "Avropa bizə "Afərin!" deyəcək" sözü etiraz doğurub
Tarix: 31-01-2023 17:52 | Bölmə: Dünya
"6-lı Masa" üzvünün "Avropa bizə "Afərin!" deyəcək" sözü etiraz doğurub

Bu gün səhər saatlarında Türkyənin "Halk TV"sində İsmail Küçükkayanın qonağı olan "6-lı Masa"nın üzvü - DEVA Partiyasının sədri Əli Babacanın bir sözü Türkiyədə etiraz doğurub.

Reyting.az
xəbər verir ki, o, ötən gün 6 pariyanın birləşdiyi "6-lı Masa"nın seçkidə qalib gələcəyi təqdirdə, Türkiyədə nələr edəcəkləri barədə açıqladıqları seçki proqramından danışıb.

Bildirib ki, bu seçki proqramını oxuyan Avropa ölkələri "Türkiyəyə afərin!" deyəcək: "Bunu Avropanın hər yerindən izləyirlər. Mən Davosda idim, orada nə qədər jurnalist var idi, böyük qəzetlərin sahibləri və sair. Hamısı gəlib məndən soruşurdu ki, nə edirsiniz? Onlara indi proqramımızda yer alan bir çox tezisləri sadaladım. Dedilər, çox yaxşıdır. İndi Avropadan çoxları baxıb Türkiyəyə "Afərin!" deyəcək".

Onun "Afərin" sözü isə sosial şəbəkə və iqtidar mediasının manşetlərinə daşınaraq kəskin tənqid olunub. Qeyd olunur ki, Türkyəyə belə kənardan "Afərin"lər lazım deyil, xalqın alqış deməsi əsas olmalıdır.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər