Avropa Türkiyəyə qarşı birləşir - Fransa da İstanbuldakı konsulluğunu bağlayıb
Tarix: 02-02-2023 11:46 | Bölmə: Dünya
Avropa Türkiyəyə qarşı birləşir - Fransa da İstanbuldakı konsulluğunu bağlayıb

Hollandiya, İngiltərə və Almaniyadan sonra bu gün Fransa səfirliyi də İstanbuldakı konsulluqlarını bağlayıb.

Reyting.az
xəbər verir ki, Fransa səfirliyi də bu qərarı İsveçdə Quran kitabının yandırılması ilə əlaqləndirib. Guya bu hadisədən sonra Türkiyədəki diplomatik korpuslara terror təhlükəsi yaranıb.

Səfirlik bu bəhanə ilə təkcə viza və digər sahələr üzrə xidmət göstərən konsulluqları qapatmayıb, həm də İstanbulda olan Fransa liseylərinin fəaliyyətini də müvəqqəti bağladıqlarını elan edib.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}