ABŞ Ukraynanı Rusiya üzərində qələbə çalanadək müdafiə edəcək
Tarix: 08-02-2023 12:35 | Bölmə: Dünya
ABŞ Ukraynanı Rusiya üzərində qələbə çalanadək müdafiə edəcək

ABŞ ehtiyac olduğu müddətə qədər Ukraynanı dəstəkləməyə davam edəcək. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Konqresin hər iki palatasında çıxışı zamanı deyib.

C. Baydenin sözlərinə görə, qlobal yardım koalisiyasına rəhbərlik edən Birləşmiş Ştatlar Ukraynaya xalqını dəstəkləməkdə davam edəcək.

ABŞ prezidenti eyni zamanda əlavə edib ki, Rusiyanın Ukraynadakı müharibəsi və koronavirus qlobal inflyasiyaya səbəb olub, enerji və ərzaq təchizatında qlobal problemlər yaradıb.

C. Bayden əmindir ki, V. Putinin Ukraynaya müdaxiləsi Amerikanın özü üçün vacib suallara cavab verməli olduğu bir sınaqdır.

"Biz əsas fundamental prinsiplərimizə sadiq qalacağıqmı? Terrorla mübarizə aparacağıqmı? Demokratiyanı müdafiə edəcəyikmi? Bu, çox vacibdir və bunun üçün təhlükəsizliyimizi təhdid edən təcavüzkarın hərəkətlərini dayandıraraq sülhü qorumaq lazımdır”, - Bayden deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}