"Kim Milyoner Olmaq İstər"in qalibi: "Sayın unutduğum cəsədləri xatırlayanda, dəhşətə gəlirəm..."
Tarix: 08-02-2023 19:03 | Bölmə: Dünya
"Kim Milyoner Olmaq İstər"in qalibi: "Sayın unutduğum cəsədləri xatırlayanda, dəhşətə gəlirəm..."

2019-cu ildə "Kim Milyoner Olmaq İstər" yarışmasında bir milyon qazanmış Arda Ayten zəlzələ günü başlarına gələnləri nəql edib.

Reyting.az
xəbər verir ki, İskenderunda yaşayan milyonçu sosial media hesabından paylaşdığı videoda bildirib ki, zəlzələ vaxtı yuxuda olub: "Zəlzəıə anı... 04.00 civarı yataqdayam. Anamın "Arda qalx, qalx, Arda" səsinə oyandım. Gözümü açar-açmaz üzərimə devrilməkdə olan şkafı fərq etdim, özümü qorumaq üçün ani reflekslə şkafı tutdum, zatən, anam məni çağıranda, şkafın altında sıxışıb qalmışdım".

Arda bildirib ki, qonşularının köməyi ilə şkafın altından çıxarılıb: "Əlimizə nə keçdisə, geyinib qaçdıq çölə. Qarşımızda axın-axın maşınlar vardı. Düşündüyümüzdən də fərqli mənzərə vardı. Bilmədik nə edək, əvvəlcə universitetin ərazisinə keçdik, lakin burada yanan şüşə parçalarından zəhərənən kimi olduq, anamla buna görə oranı tərk edib maşına mindik, amma çox soyuqdur, həm də benizinimiz bitirdi. Yanacaqdolduma məntəqələrinə isə yaxın durmaq belə mümkün deyildi...".

Arda deyib ki, saatlarla soyuq havada donma təhlükəsylə qalıblar: "Biz şükür, sağıq. Amma gördüyüm və sayın unutduğum cəsədləriə xatırlayanda, dəhşətə gəlirəm... Dəhşətli mənzərə idi...".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər