Makron sülh konfransı təklif edir
Tarix: 09-02-2023 09:32 | Bölmə: Dünya
Makron sülh konfransı təklif edir

Fransa prezidenti Ukrayna böhranını nizamlamaq üçün sülh konfransının keçirilməsi ideyasını irəli sürüb.

Reyting.az
-ın xarici media resurslarına istinadla verdiyi xəbərə görə, Fransa prezidenti E. Makron bəyan edib ki, ədalətli sülhə nail olmaq üçün sülh konfransının keçirilməsi zəruridir.

O, Rusiyanın xüsusi hərbi əməliyyatlarının uğuruna qarşı olduğunu bildirib:

“Biz sülhü bir yerdə yaratmaq istəyirik. Elə bir sülh ki, Ukrayna və onun xalqı üçün ədalətə nail olmağa imkan verəcək. Bizim Avropanı möhkəm, vahid və həmrəy görmək istəyimizə xidmət edəcək sülhdən danışırıq”.

Qeyd edək ki, Makron belə bir təşəbbüslə Parisdə Ukrayna prezidenti Vladimir Zelenski və Almaniyanın kansleri Olaf Şolzla üçtərəfli görüşü zamanı çıxış edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər