Çökən binanın altından 72 saat sonra çıxarılan 79 yaşlı kişi: "Donmamaq üçün ayağımı sarıdım..." - Foto
Tarix: 09-02-2023 11:13 | Bölmə: Dünya
Çökən binanın altından 72 saat sonra çıxarılan 79 yaşlı kişi: "Donmamaq üçün ayağımı sarıdım..."

Hatayın Antakya rayonunda 3 mərtəbəli çökən binanın altından 72 saat sonra 79 yaşlı qoca salamat çıxarılıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kantara məhəlləsində çökən binanın altından 72 saat sonra çıxarılan 79 yaşlı Hasan Yüce dağıntı altında qalan nəvəsinin yerini göstərib və necə sağ qalmasından danışıb.

O bildirib ki, dağıntı altında bir boşluğa düşüb, orada nə baş verdiyini anlayandan sonra həyatda qalmağın yolunu axtarıb: "Çox üşüyürdüm, soba yox, əyində paltar yox, dəhçətli idi. Sürünərək bir bez parçası tapdım, onu ayaqlarıma sarıyaraq özümü soyuqdan qorudum".

79 yaşlı qoca xilasedicilərə daha sonra yalvarıb: "Məni tapdığınız yerdən yarım metr aralıda nəvəm var, nəfəs alırmı, bilmirəm indi. Onu qurtarın...".

Məlumata görə, yaşı kişinin sağlıq durumu yaxşıdır.

E. ARAZ





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər