Şanlıurfada xilasetmə əməliyyatı yekunlaşıb - Tarixi məscid də yararsız hala düşüb
Tarix: 09-02-2023 13:59 | Bölmə: Dünya
Şanlıurfada xilasetmə əməliyyatı yekunlaşıb - Tarixi məscid də yararsız hala düşüb

Türkiyənin Şanlıurfa şəhərində xilasetmə əməliyyatları yekunlaşıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) sosial şəbəkə hesabında tvit atıb.

Açıqlamada bildirilir ki, şəhərdəki xilasedicilər digər şəhərlərə yönləndirilib.

Türkiyə mətbuatı yazır ki, Şanlıurfada baş verən zəlzələ şəhərin simvolu sayılan tarixi Balıklıgöldəki "Rızvaniye" məscidinin minarəsini də aşırıb.

Gölün təmiz suyu isə palçıq rənginə çevrilib.

Xəzinə və maliyyə naziri Nureddin Nebati Şanlıurfadakı xilasetmə işlərinin yekunu barədə açıqlama verərək deyib ki, 2495 sakin xəstəxanalardan evə buraxılıb: "231 nəfər hazırda xəstəxanada müalicədədir, onlardan 79-u reanimasiyadadır. Ümumilikdə 19 bina tam çöküb. Hazırda bağlanan məktəb, məscid, yataqxanalar açılıb. Bu ana qədər 4 727 binada qəza təhlükəsinin olduğunu dəqiqləşdirilib, araşdırmalarımız davam edir".

E. ARAZ





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}