Türkiyə prezidenti: "Çökən binaların yerində 2, 3 və 4 mərtəbəli yeni binalar tikiləcək"
Tarix: 09-02-2023 15:35 | Bölmə: Dünya
Türkiyə prezidenti: "Çökən binaların yerində 2, 3 və 4 mərtəbəli yeni binalar tikiləcək"

"Zəlzələ nəticəsində Qaziantəpdə 944 bina çöküb".

Reyting.az
xəbər verir ki, bu sözləri prezident Ərdoğan şəhərə səfəri zamanı deyib.

O bildirib ki, şəhərdə 1415 nəfər zəlzələdə ölüb, 10395 nəfər yaralı var: "Zərərlər tam dəqiqləşdiriləndən sonra hər bir vətəndaşımıza 10 min tl nağd pul yardımı olunacaq. Ən azı bununla az da olsa, keçici sıxıntılarını həll etsinlər. Daha sonra isə dağılan binalarla bağlı qərar verəcəyik".

Ərdoğanın sözlərinə görə, çökən binaların yerində 2, 3 və 4 mərtəbəli yeni binalar tikiləcək.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}