Fransa Suriyada zəlzələdən zərərçəkənlərə 12 milyon avroluq yardım ayırıb
Tarix: 09-02-2023 22:56 | Bölmə: Dünya
Fransa Suriyada zəlzələdən zərərçəkənlərə 12 milyon avroluq yardım ayırıb

Fransa Suriyada zəlzələdən zərərçəkənlərə 12 milyon avroluq yardım ayırıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 12 milyon avroluq yardımın 5 milyonluq hissəsi vacib qida, digər 5 milyonu dərman, qalan iki milyonu isə sığınacaq təminatı üçün nəzərdə tutulub: "Bu yardımlar BMT-nin humanitar aksiyası çərçivəsində yerlərə çatdırılacaq".

Xatırladaq ki, Suriyadakı zəlzələdə 3 mindən çox insan ölüb, xeyli yaralı var.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}