İdmançının küçədə qalan xalasının ailəsi çadırla təmin olunub - Foto
Tarix: 10-02-2023 11:45 | Bölmə: Dünya
İdmançının küçədə qalan xalasının ailəsi çadırla təmin olunub

"MasterChef" şempionu Turabi Çamkıran Kahramanmaraşdakı zəlzələdə evi dağılan xalası üçün müraciət yayıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, evi dağılan xalasının küçədə qaldığını deyib:

"Sevgili xalam və ailəsi Elbistanda çarəsiz qalıb, evləri dağılıb. Bilirəm, hər kəs bir yerə qaçır, bu saat. Lütfən, xalam və ailəsi üçün bir çadır təşkil edin".

Özünün səfər qadağası olduğunu deyən idmançı bildirib ki, yoxsa özü çoxdan çiynində çadırla orada olardı.

İdmançının bu çağırışndan qısa zaman sonra isə onun xalası çadırla təmin olunub.

O, bu barədə foto paylaşaraq, faktı təsdiqləyib.

E. ARAZ






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}