Gənc 97 saat sonra dağıntılar altından çıxarılıb - Foto
Tarix: 10-02-2023 19:13 | Bölmə: Dünya
Gənc 97 saat sonra dağıntılar altından çıxarılıb

Qaziantepdə çökən binanın altında qalan Adnan Muhammet Korkut 97 saat sonra xilas edilməsinə qədər yaşadıqlarını danışıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, gözünü açdıqda özünü qaranlıq bir boşluqda gördüyünü deyib:

"Soyuq idi, ətrafa baxdım, bir ədyal tapdım, çəkib çıxarıb ona büründüm. Vaxt keçdikcə susuzluq, aclıq başladı. Anamın əkdiyi çiçəklər yan-yörəmə dağlımışdı, onları məcburən asta-asta yedim. Lakin susuzluq daha ağır idi. Beləcə, həyatda qalmağa çalışdım...".

Gıənc bildirib ki, çox çalışsa da, öz gücünə oradan çıxmağın mümkünsüzlüyünü anlayıb.

Gəncin anası Pakize Korkut isə gözyaşları içində oğluna sarılaraq "Rəbbim onu bizə təkrar bağışladı. Allah dağıntılar altında qalan hər kəsə yardım etsin. Çox gözlədik, amma xoş sonla bitdi", - deyib.

E. ARAZ





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}