Ruslar Ukraynaya İran PUA-ları ilə hücuma keçib
Tarix: 11-02-2023 23:48 | Bölmə: Dünya
Ruslar Ukraynaya İran PUA-ları ilə hücuma keçib

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə İran istehsalı olan pilotsuz təyyarələrlə (PUA) hücuma keçir. Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, belə bir təhlükə barədə yerli sakinlərə xəbərdarlığı Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak edib.

S. Lısak deyib ki, "Şahed”lərlə Dnepropetrovsk vilayətinə hücumu təhlükəsi var və o, sakinləri təhlükəsiz yerlərə köçməyə çağırıb.

Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk isə bildirib ki, düşmənin pilotsuz təyyarələri cənub istiqamətindən regiona gəlir.

Hazırda bölgədə hava xəbərdarlığı elan edilib.

Məlumata görə, hava hücumu siqnalı Zaporojye vilayətində də eşidilir. Regionun səlahiyyətliləri dronların hücumu ehtimalı barədə məlumat vermir.

Onu da qeyd edək ki, xəbərdarlıqdan bir neçə dəqiqə sonra Lukaşuk bölgə üzərində düşmənin pilotsuz təyyarələrinin vurulduğunu bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}