Ruslar Odessanı dağıdır - Partlayışlar başlayıb
Tarix: 04-04-2023 08:36 | Bölmə: Dünya / Xəbərlər
Ruslar Odessanı dağıdır - Partlayışlar başlayıb

Ötən gecə və səhər Rusiya HHQ Odessa şəhərinə raket zərbələri endirib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın “İctimai Xəbərlər” nəşrinin onlayn portalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Odessada hava həyəcanı siqnalı yalnız bombardmandan sonra eşidilib.

Son məlumatlara görə, şəhərdə partlayışlardan sonra yanğın başlayıb.

“Dumskaya” nəşrinin Telegram-kanalının səhər saatlarında yaydığı ən son məlumata görə, Odessa yenidən hava hücumuna məruz qalıb. Şəhərdən partlayışların ikinci seriyasının səsləri gəlir. Ukrayna SQ-nin Krıma dronlarla hücum etdiyi aerodrom od tutub yanır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}