18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
NATO: "Putinin qalib gəlməsi NATO üçün də təhlükəlidir"
Tarix: 04-04-2023 12:49 | Bölmə: Dünya / Xəbərlər
NATO: "Putinin qalib gəlməsi NATO üçün də təhlükəlidir"

"NATO Ukraynadakı döyüş meydanında vəziyyəti "dondurmaq"da maraqlı deyil".

Bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, hazırkı cəbhə xəttində döyüşlərin dayandırılmaması NATO-nun məsuliyyətinə daxildir:

"Biz istəyirik ki, Ukrayna daha çox torpağını işğaldan azad etsin, Rusiya qoşunları Ukraynadan çıxsın, sonra danışıqlara şərait yaransın”(Report).

Stoltenberq rəsmi Kiyevə dəstəyin davam edəcəyini bəyan edib:

“Rusiya prezidenti Vladimir Putin qalib gəlsə də, bu, Ukrayna üçün faciə olacaq. Belə bir ssenari eyni zamanda NATO üçün də təhlükəlidir. Ona görə də Ukraynanı dəstəkləməliyik”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər