18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
General xəbərdar edir: Belarusda silahlı qiyam ola bilər
Tarix: 24-05-2023 19:02 | Bölmə: Dünya
General xəbərdar edir: Belarusda silahlı qiyam ola bilər

Polşa Quru Qoşunlarının keçmiş komandanı general Valdemar Skşipçak Belarusda silahlı qiyam ehtimalını real sayır və Varşavanı belə bir ssenariyə hazırlaşmağa çağırır.

Reyting.az
xəbər verir ki, bunu çərşənbə axşamı “Polsat” telekanalında Skşipçak bildirib.

Polşalı generalın fikrincə, Ukrayna əks-hücumda uğur qazanarsa, hazırda Ukrayna qüvvələrinin tərəfində vuruşan silahlı belaruslular Belarus prezidenti Aleksandr Lukaşenko rejiminin devrilməsi təşəbbüsü ilə çıxış edə bilər.

"Belarusda üsyana hazır olun, çünki bu baş verəcək. Biz yuxuya getməməliyik, Lukaşenkoya qarşı əməliyyat keçirəcək qoşunları dəstəkləməyə hazır olmalıyıq. Bizim onlara kömək etmək üçün səbəblərimiz var”, - Skşipçak bildirib.

Polşalı general hesab edir ki, Belarus xalqı hazırda Ukraynada döyüşən könüllüləri dəstəkləyəcək və Lukaşenkoya qarşı mübarizədə həvəsli olacaq.

"Lukaşenkonun belə bir qiyamın qarşısını almaq üçün hərbi potensialı yoxdur. Rusiya ona o qədər də kömək etməyəcək, çünki onun öz problemləri olacaq", - deyə general əlavə edib və Polşa hakimiyyətini üsyan zamanı belarusluların Polşaya kütləvi axınına hazırlaşmağa çağırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər