Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri komanda-qərargah təlimi keçiriblər
Tarix: 14-06-2023 10:11 | Bölmə: Gündəm
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri komanda-qərargah təlimi keçiriblər

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib.

Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}