Kreml: Putin Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək
Tarix: 16-06-2023 13:23 | Bölmə: Gündəm
Kreml: Putin Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə prezident Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcəyini bildirib.

Reyting.az
xəbər verir ki, Yuri Uşakov prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərlə bağlı razılığa gəldiklərini açıqlayıb.

Onu da qeyd edək ki, Kremlin sözçüsü Peskov isə iyunun 1-də Rusiya prezidenti Vladimir Putindən Türkiyəyə dəvət aldıqlarını təsdiqləyib. Peskov səfərin əsas məqamlarını açıqlamayıb. “Belə bir dəvət var və tarixlər diplomatik kanallarla müəyyən olunacaq”, - deyə o bildirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}