00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Azərbaycan prezidenti Tatarıstan rəisi ilə Qarabağ zonasına gedib - (Yenilənib) - Fotolar
Tarix: 17-06-2023 15:46 | Bölmə: Gündəm

İyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.
Reyting.az xəbər verir ki, Tatarıstan Respublikasının Rəisini salamlayan prezident İlham Əliyev deyib:
- Hörmətli Rüstəm Nurqaliyeviç, bir daha xoş gəlmisiniz. Mən yeni görüşümüzə çox şadam. Əlbəttə, bu gün birgə Mərkəzin açılışı əlamətdar hadisədir. Lakin daha vacibi bizim sizinlə ünsiyyətimizdir. Mən bizim həm Kazanda, həm də Bakıda görüşlərimizi məmnuniyyətlə yada salıram. Şadam ki, Sizinlə müəyyən etdiyimiz hər şey, o cümlədən “Araz Vadisi” Sənaye Parkının birinci obyekti, - bu, qardaş Tatarıstanın obyektidir, - icra olunur. Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq.
Biz burada məsləhətləşmələrə gələn və sonrakı planlar üzrə qərar qəbul edən nümayəndə heyəti ilə artıq fikir mübadiləsi aparmışıq. Əlbəttə, sənaye kooperasiyasında, energetikada, neft-qaz sahəsində perspektivlər böyükdür. Təbii ki, mədəni əməkdaşlıqdır çox vacib sahədir. Tatarıstan və Azərbaycan xalqları əsrlərboyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir.
Beləliklə, bir daha xoş gəlmisiniz. Sizə burada - həm Cəbrayılda və Zəngilanda, həm də sabah Bakıda xoş səfər arzulayıram.
Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov deyib:
- Hörmətli İlham Heydər oğlu, hər şeydən əvvəl gözəl ölkədə olmaq imkanına, Sizin dəvətinizə görə təşəkkür etmək və əlbəttə, Sizə - Azərbaycan Prezidentinə və bizim Prezidentə minnətdarlığımı bildirmək istərdim. Biz ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə veririk.
Tatarlara və azərbaycanlılara gəlincə, biz dil baxımından da tarixən çox yaxınıq. Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır və bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim birinci Prezidentimiz Mintimer Şaymiyev, onun və Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimizin möhkəm təməlini qoyublar.
***
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.

İyunun 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub.
Reyting.az xəbər verir ki, əvvəlcə Rüstəm Minnixanova Zəngilan şəhərindəki Konqres Mərkəzinin tikintisi ilə bağlı məlumat verilib.
Bildirilib ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub. Bu ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avtomobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq.
Qeyd olunub ki, ekoloji memarlıq konsepsiyasına əsasən Mərkəzin damı yaşıllıq zolağı və günəş panelləri ilə əhatə ediləcək. Konqres Mərkəzində beynəlxalq və ölkə səviyyəli müxtəlif tədbirlər keçiriləcək.
Sonra Tatarıstanın rəisi Zəngilan məscidinin tikintisi ilə tanış olub.
Bildirilib ki, Zəngilan məscidi “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunur. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz vandalizmə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub. Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtulub.
Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.
Məlumat verilib ki, Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.
***
İyunun 17-də Azərbaycan Respublikasına səfərə gələn Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanova Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülən işlər barədə məlumat verilib.
Reyting.az-ın xəbərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülmüş işlər barədə təqdimatla çıxış edib.
Tatarıstanın rəisinə əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı barədə məlumat verilib. Bildirilib ki, 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hava limanının açılışı olub. Hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. Müasir tələblərə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərə bilər.
Qeyd olunub ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ümumi ərazisi 2580 kvadratkilometrdir. Bu rayonlardan olan keçmiş məcburi köçkünlərin sayı 152 min 200 nəfərdir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinə start verilib. Hazırda 86 ailədən ibarət 420 nəfər Zəngilanın Ağalı kəndinə qayıdıb və orada yaşayır. Ümumilikdə 2022-2026-cı illərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayon mərkəzlərinin, 5 qəsəbənin, 24 kəndin tikintisi və Böyük Qayıdışın birinci mərhələsində 41 min 277 nəfərin köçürülməsi planlaşdırılır.
Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. İndiyədək Qubadlı rayonunda 80 min hektar (4,5 faiz), Cəbrayıl rayonunda 105 min hektar (18,3 faiz), Zəngilan rayonunda isə 73 min hektar (9,8 faiz) ərazi minalardan təmizlənib. Bu rayonlarda müvafiq olaraq 3278, 14 min 803 və 2487 mina və partlamamış hərbi sursat aşkarlanıb.
Qeyd olunub ki, Şərqi Zəngəzur iqtisadi rayonunda ümumi uzunluğu 323 kilometr olan 5 avtomobil yolu, 111,4 kilometr uzunluğunda dəmir yolu inşa olunur. Bundan başqa, burada 4 yarımstansiya, ümumi gücü 42,6 MVt olan 5 Kiçik Su Elektrik Stansiyası, 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası yaradılır.
Tatarıstanın rəisi Rüstəm Minnixanova “Araz Vadisi İqtisadi zonası” Sənaye Parkında görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, 200 hektar ərazini əhatə edən Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq.

Bölməyə aid digər xəbərlər

Dünən, 11:04
Milli Məclisin iclası başlayıb
Dünən, 10:16
Əli Əsədov qərar imzalayıb
Dünən, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
Dünən, 00:22
Bu gün Azərbaycanda Gənclər Günüdür
31-01-2026, 21:10
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
31-01-2026, 09:42
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış olunub
30-01-2026, 20:01
Prezident icra başçısını vəzifədən azad edib - Foto
30-01-2026, 12:29
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
30-01-2026, 09:46
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
29-01-2026, 19:13
WUF13: tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
29-01-2026, 15:40
Əli Əsədov daha bir qərar imzalayıb
29-01-2026, 13:48
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
29-01-2026, 10:03
Məhkəmə qərarı olmadan axtarış aparılma halları genişlənir
28-01-2026, 19:08
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq sazişi təsdiqlənib
28-01-2026, 16:13
Sahibə Qafarova Omana səfər edib
28-01-2026, 13:38
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
28-01-2026, 00:36
Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər
27-01-2026, 18:09
Xəzərin və Bakı buxtasının ekoloji vəziyyəti ilə bağlı iclas keçirilib
27-01-2026, 16:54
Prezident iki nazir müavini təyin edib - Fotolar
27-01-2026, 14:44
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
27-01-2026, 13:20
Zəngilana köç karvanı gedib - (Yenilənib)
27-01-2026, 12:16
İlham Əliyev yeni müəssisənin təməlini qoyub - Fotolar
27-01-2026, 12:08
Sumqayıtda daha bir müəssisənin açılışı olub
27-01-2026, 11:56
Bakı və Abşeronun su təchizatı ilə bağlı sərəncam imzalanıb
27-01-2026, 11:35
Prezident Sumqayıtda zavodun açılışında iştirak edib - Fotolar
26-01-2026, 17:30
Sosial şəbəkələrdə qanunu pozan paylaşım edənlər cəzalandırılacaq
26-01-2026, 17:21
Nazir müavinlərinin sayı artırılıb
26-01-2026, 17:20
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
26-01-2026, 16:28
Prezident daha bir dəyişikliyi təsdiqləyib - Cərimələr artıb
26-01-2026, 16:20
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
26-01-2026, 14:42
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
26-01-2026, 13:48
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - (Yenilənib)
26-01-2026, 11:42
İlham Əliyev general-qubernatoru təbrik edib
26-01-2026, 10:40
İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib - Fotolar
26-01-2026, 10:32
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
24-01-2026, 09:50
ABŞ-nın vitse-prezidenti Azərbaycana səfərə hazırlaşır
24-01-2026, 09:20
Donald Tramp İlham Əliyevə təşəkkür edib
23-01-2026, 16:55
Dini konfessiya rəhbərləri İlham ƏIiyevi təbrik ediblər
23-01-2026, 10:01
Milli Məclisdə Şəhərsalma və Memarlıq İli ilə bağlı konfrans keçiriləcək
22-01-2026, 22:04
Prezident Davosda kimlərlə görüşüb? - Siyahı
22-01-2026, 16:40
İlham Əliyevlə Donald Tramp Davosda görüşüblər - (Yenilənib)
22-01-2026, 14:06
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər