18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Rüstəm Minnixanov Şəhidlər xiyabanını ziyarət edib
Tarix: 18-06-2023 10:49 | Bölmə: Gündəm
Rüstəm Minnixanov Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 18-də Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Reyting.az
xəbər verir ki, Tatarıstanın rəisi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

R. Minnixanov “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}