MN: "Zod və Arazdəyən istiqamətlərində ermənilərin mövqeləri atəşə tutulmayıb"
Tarix: 19-06-2023 10:10 | Bölmə: Gündəm
MN: "Zod və Arazdəyən istiqamətlərində ermənilərin mövqeləri atəşə tutulmayıb"

"Azərbaycan Ordusu Zod və Arazdəyən istiqamətlərində ermənilərin mövqelərini atəşə tutmayıb".

Reyting.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil: "Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}