20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycana dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək
Tarix: 20-06-2023 12:11 | Bölmə: Gündəm
Azərbaycana dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək

Azərbaycana dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək.

Reyting.az
xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.

Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.

Dərman vasitələrinin gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 215.1-ci maddəsinə əsasən məhdudiyyətlər müəyyən edilə bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər