14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə birgə təlim başlayıb - Video
Tarix: 21-06-2023 19:41 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə birgə təlim başlayıb

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirilir.

Reyting.az 
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}