14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ordumuzun mövqeləri atəşə tutulub
Tarix: 24-06-2023 12:29 | Bölmə: Gündəm
Ordumuzun mövqeləri atəşə tutulub

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}