20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezident İlham Əliyev Monteneqronun baş nazirini qəbul edib - Yenilənib
Tarix: 05-07-2023 18:02 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Monteneqronun baş nazirini qəbul edib

Prezident İlham Əliyev iyulun 5-də Monteneqronun baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.

Reyting.az 
xəbər verir ki, Dritan Abazoviç Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə təşəkkürünü bildirib və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı prezident İlham Əliyevin və baş nazir Dritan Abazoviçin bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırlanıb.

Görüşdə Monteneqronun Azərbaycan ilə enerji, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu qeyd edilib, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə dəstəyi vurğulanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər