Albaniyanın prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Tarix: 07-07-2023 17:50 | Bölmə: Gündəm
Albaniyanın prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Şəhidlər xiyabanını ziyarət edib.

Reyting.az
xəbər verir ki, şəhidlərin əziz xatirəsini ehtiramla yad edən prezident Bayram Beqay “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Albaniya prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}