Putin gələn ay Türkiyəyə səfər edəcək
Tarix: 08-07-2023 07:04 | Bölmə: Gündəm
Putin gələn ay Türkiyəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin gələn ay Türkiyəyə səfər edəcək.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, gələn ay Putinin Türkiyəyə səfəri olacaq: “Cənab Putinlə yenidən məhbus mübadiləsini müzakirə edəcəyik. Ümid edirəm ki, “Taxıl sazişi”nin müddətinin uzadılması ilə bağlı nəticə əldə edəcəm”.

Onu da qeyd edək ki, Ukrayna prezidenti V. Zelenski türkiyəli həmkarı R. T. Ərdoğanla danışıqlar üçün Türkiyəyə gəlib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}