Prezident İlham Əliyev Almaniyanın dövlət nazirini qəbul edib - Yenilənib
Tarix: 11-07-2023 11:23 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Almaniyanın dövlət nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

Reyting.az
xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf dinamikasının artdığı qeyd edilib, Prezident İlham Əliyevin bu ilin mart ayında Almaniyaya səfərindən sonra ölkələrimiz arasında əlaqələrdə yeni səhifənin açıldığı məmnunluqla vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülhün əldə edilməsi istiqamətində ölkəmiz tərəfindən göstərilən səylərdən danışılıb.

Enerji sahəsində əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Anlaşma Memorandumu ilə bağlı fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}