20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
BQXK Laçın yolu ilə qanunsuz daşımalarla bağlı açıqlama yayıb
Tarix: 11-07-2023 15:33 | Bölmə: Gündəm
BQXK Laçın yolu ilə qanunsuz daşımalarla bağlı açıqlama yayıb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu ilə qanunsuz daşımalarla bağlı açıqlama yayıb.

BQXK-nın Bakı nümayəndəliyindən bildirilib ki, təşkilat bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir.

Qeyd olunub ki, BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib: “Bütün humanitar yüklər Azərbaycanın gömrük orqanları tərəfindən yoxlanılır. Lakin təəssüf ki, icarəyə götürülən və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulan dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıb və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.

Nümayəndəlikdən iddia olunub ki, BQXK-nın Laçın yolu boyu gördüyü işlər yalnız humanitar xarakter daşıyır: “600-dən artıq pasientin tibbi təxliyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər