Ermənilərin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb
Tarix: 11-07-2023 16:15 | Bölmə: Gündəm
Ermənilərin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}