18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Prezidentin köməkçisi Ankarada Yaşar Gülərlə görüşüb
Tarix: 14-07-2023 16:08 | Bölmə: Gündəm
Prezidentin köməkçisi Ankarada Yaşar Gülərlə görüşüb

Azərbaycan prezidentinin köməkçisi Xalid Əhədov Türkiyədə səfərdədir. O, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər müdafiə sahəsindəki ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Y. Gülər qeyd edib ki, Türkiyə müdafiə sahəsindəki təcrübəsini bundan sonra da Azərbaycanla bölüşməyə davam edəcək:

“Bütün enerjimizi əlaqələrimizi gücləndirməyə sərf edirik. Bundan sonra azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Hər zaman Can Azərbaycanın yanındayıq”(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}