Paşinyan bayağı poçtalyon səviyyəsinə enib - Deputat
Tarix: 17-07-2023 09:04 | Bölmə: Gündəm
Paşinyan bayağı poçtalyon səviyyəsinə enib

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinə zəng edərək Qarabağdakı separatçı Arayik Arutyunyanın mesajını ona çatdırıb. Brüsseldə keçirilən görüşdə isə o, oxşar mesajı Avropa İttifaqı Şurasının rəhbəri Mişelə verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bu məsələdən danışıb.

Musabəyovun fikrincə, Paşinyan hesab edir ki, bu kimi hallar Xankəndi şəfhərindəki qeyri-qanuni rejimin subyektivliyini artırır. Reallıqda Paşinyan yanılır. Əslində, baş nazir öz rolunu bayağı poçtalyon səviyyəsinə endirir.

"Paşinyanı təbrik edirik ki, o, Ermənistan baş naziri postundan əlavə, həm də Qarabağ separatçılarının liderinin şəxsi nümayəndəsi olub", - deyə deputat əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}