20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezident avtomobillərin utilizasiyası barədə yeni qnaunu təsdiqləyib
Tarix: 27-07-2023 14:20 | Bölmə: Gündəm
Prezident avtomobillərin utilizasiyası barədə yeni qnaunu təsdiqləyib

Prezident İlham Əliyev bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Reyting.az
xəbər verir ki, Məcəlləyə "Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı" adlı yeni maddə (233-1-ci) əlavə olunub.

Dəyişikliklə gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.

Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər