Ramiz Mehdiyev, Əbülfəs Qarayev və Oqtay Şirəliyev komissiya üzvlüyündən çıxarılıblar
Tarix: 28-07-2023 12:18 | Bölmə: Gündəm
Ramiz Mehdiyev, Əbülfəs Qarayev və Oqtay Şirəliyev komissiya üzvlüyündən çıxarılıblar

Azərbaycanın Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edilib.

Reyting.az 
xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, komissiyanın üzvləri arasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi Ramiz Mehdiyevin adı İsa Həbibbəyli ilə, mədəniyyət naziri kimi Əbülfəs Qarayevin adı Adil Kərimli ilə, səhiyyə naziri kimi Oqtay Şirəliyevin adı Teymur Musayevlə, elm və təhsil naziri kimi Ceyhun Bayramovun adı Emin Əmrullayevlə əvəz edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}