Prezident İlham Əliyev kralı təbrik edib
Tarix: 29-07-2023 14:27 | Bölmə: Gündəm
Prezident İlham Əliyev kralı təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədi təbrik edib.

Reyting.az
xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}