İlham Əliyev ABŞ-ın nümayəndəsi ilə sülh danışıqlarını müzakirə edib
Tarix: 03-08-2023 19:00 | Bölmə: Gündəm
İlham Əliyev ABŞ-ın nümayəndəsi ilə sülh danışıqlarını müzakirə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Reyting.az
xəbər verir ki, İlham Əliyev bu yaxınlarda ABŞ dövlət katibi Antoni Blinkenlə telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirib.

İ. Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}