Prezident "Kosmik fəaliyyət haqqında" qanunu təsdiqləyib
Tarix: 04-08-2023 17:05 | Bölmə: Gündəm
Prezident "Kosmik fəaliyyət haqqında" qanunu təsdiqləyib

Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bu Qanun Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Bu Qanun kosmik fəaliyyətin subyektlərinə şamil olunur. Azərbaycan Respublikasının hava məkanı daxilində kosmik obyektə münasibətdə Azərbaycan Respublikasının müvafiq qanunları şamil edilir.

Ələt azad iqtisadi zonasında kosmik fəaliyyət və kosmik sənaye sahələrində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}