20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Politoloq: “Azərbaycana qarşı təxribatın başında senator Robert Menendes dayanır”
Tarix: 09-08-2023 10:46 | Bölmə: Gündəm
Politoloq: “Azərbaycana qarşı təxribatın başında senator Robert Menendes dayanır”

"Qarabağ separatçılarının lideri Araik Arutunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. Arutunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etməsinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlu xatırladıb ki, erməni lobbisi bu müraciət olmadan da Azərbaycana qarşı fəaliyyətinə ara vermir.

Onun sözlərinə görə, erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff “Facebook” səhifəsində Ağ evin “Arsax”ın müstəqlliyinin tanınmasına yönəlik çağırış edib:

"Adam Şiff birinci dəfə deyil ki, sərsəm bəyanatar verir. Ancaq ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər. ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri - Sara Arkin və Damian Merfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. Bu təxribatın başında da senator Robert Menendes dayanır.

Bizim üçün önəmli olan ABŞ-ın dövlət strukturlarının mövqeyidir. Bu strukturlar Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləyirlər. Buna baxmayaraq, ermənipərəst konqresmenlər “suyu bulandırmağa” çalışacaqlar. Görəsən, nə vaxtsa, heç olmasa bir konqresmenin və ya senatorun Azərbaycanın ərazi bütövlüyünün təminatının vacibliyi ilə bağlı açıqlamasını eşidəcəyikmi?

Bu sual həm də ABŞ-dakı səfirliyimizə və bu ölkədəki diaspor təmsilçilərimizə aiddir".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər