20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazir: “Ermənistanın əsassız iddiaları sülhə mane olur”
Tarix: 09-08-2023 23:36 | Bölmə: Gündəm
Nazir: “Ermənistanın əsassız iddiaları sülhə mane olur”

Ermənistan bölgədə qəsdən vəziyyəti gərginləşdirir, müxtəlif bəhanələrlə, habelə “blokada” və “humanitar böhran” kimi iddialarla sülh prosesinə mane olur.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı zamanı bildirib.

Bayramov deyib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaları, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsi və ölkəmizin daxili işlərinə qarışması qəbuledilməzdir.

Nazir bir daha vurğulayıb ki, Azərbaycanın öz suveren ərazilərində yaratdığı Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı Ermənistan tərəfindən təxribatlar davam etdirilsə də, orada erməni sakinlərin hər iki istiqamətdə keçidinə şərait yaradılıb.

Bayramov qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratmasının və bu yollarla yüklərin daşınmasına qarşı çıxmasının “blokada” və “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər