Ordumuzun Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub
Tarix: 12-08-2023 09:20 | Bölmə: Gündəm
Ordumuzun Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub

Avqustun 11-i saat 21:10-dan 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, avqustun 12-si saat 07:43-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}