18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Kəlbəcər və Sədərəkdəki mövqelərimiz atəşə tutulub
Tarix: 14-08-2023 09:11 | Bölmə: Gündəm
Kəlbəcər və Sədərəkdəki mövqelərimiz atəşə tutulub

Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}