Prezident İlham Əliyev Dağıstanın rəhbərinə başsağlığı verib
Tarix: 15-08-2023 13:02 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Dağıstanın rəhbərinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanın rəhbəri Sergey Məlikova başsağlığı verib.

Reyting.az
xəbər verir ki, bununla bağlı dövlət başçısı Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Sergey Alimoviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.

Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}