08:44 / 29-10-2025
Litva Kalininqrada tranziti bağlaya bilər
08:37 / 29-10-2025
Türkiyə elektriklə işləyən tank istehsal edib
08:29 / 29-10-2025
Ağ evin Moskvaya qarşı sanksiyalarında risk amili var
08:22 / 29-10-2025
Ağdama növbəti köç karvanı gedib
00:03 / 29-10-2025
Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
23:58 / 28-10-2025
İsrail Qəzzanı yenidən bombalayıb
23:13 / 28-10-2025
Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırılıb
21:34 / 28-10-2025
“Kontakt Home” milyonlarla manat borca düşüb
20:08 / 28-10-2025
İnsan beyninin prinsipləri ilə işləyən superkompüter hazırlanıb
19:52 / 28-10-2025
İlham Əliyev iki kəndin sakinləri ilə görüşüb - Fotolar
19:06 / 28-10-2025
İlham Əliyev Horovlu kəndində sakinlərlə görüşüb - (Yenilənib) - Fotolar
18:09 / 28-10-2025
İlham Əliyev Ərdoğana məktub göndərib
17:59 / 28-10-2025
Bakıda taxtalar yığılan ərazi yanır
17:48 / 28-10-2025
Ruben Vardanyana yeni vəkil təyin olunub
17:36 / 28-10-2025
İlon Mask "Vikipediya"ya rəqib ensiklopediya yaradıb - Foto
17:30 / 28-10-2025
Cəbrayıl şəhər məscidinin təməli qoyulub
17:25 / 28-10-2025
Ayda şüşə şəhərlər tikəcəklər - Fotolar
17:11 / 28-10-2025
Daha bir ölkə Çindən üz döndərib
17:09 / 28-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
16:57 / 28-10-2025
Prezident iki stansiyanın təməlini qoyub - Fotolar
16:29 / 28-10-2025
Deputatlar 11 məsələni müzakirəyə çıxaracaq - Siyahı
16:19 / 28-10-2025
Ruslar iki yaşayış məntəqəsində məğlub olub
16:08 / 28-10-2025
Hindistan şirkətləri Rusiya neftindən imtina edir
15:54 / 28-10-2025
Neftin qiymətində enmələr başlayıb
15:48 / 28-10-2025
Prezident avtomobil yolunun açılışında iştirak edib
15:42 / 28-10-2025
Cəbrayılda ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub - Fotolar
15:29 / 28-10-2025
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
15:12 / 28-10-2025
Növbəti köç karvanı Xocalıya çatıb - (Yenilənib) - Fotolar
14:38 / 28-10-2025
İlham Əliyev Cəbrayılda - Horovlu kəndinin açılışı olub - Fotolar
14:30 / 28-10-2025
"Şagird-məzun" elektron sistemi üçün "Təqvim planı" təsdiqlənib
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Milli Məclis ermənilərin saxtakarlığı ilə bağlı xarici ölkə parlamentlərinə müraciət ünvanlayıb
Tarix: 15-08-2023 20:58 | Bölmə: Gündəm

Avqustun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Milli Məclisin xarici ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi hissəsində Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədi güdən cəhdlərlə əlaqədar beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.
Reyting.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat xidmətindən bildiriblər.
Müraciətdə Azərbaycanın beynəlxalq humanitar hüquqa və insan hüquqları üzrə normalara sadiq olduğu bir daha vurğulanır, Ermənistanın “blokada” və ya “humanitar böhranlar”la bağlı səsləndirdiyi əsassız iddialar qəti şəkildə rədd edilir, bunun Ermənistanın Azərbaycana qarşı apardığı geniş təbliğat kampaniyasının bariz təzahürü olduğu diqqətə çatdırılır.
Bildirilir ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir, orada yaşayan etnik ermənilər isə Azərbaycan sakinləridir. Bu regionun “Dağlıq Qarabağ” adlandırılması Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, milli qanunvericiliyinə və coğrafi adların istifadəsi ilə bağlı BMT-nin normativ bazasına ziddir.
Azərbaycanın suveren ərazisində yerləşən, eksterritorial statusu olmayan "Laçın dəhlizi" adlanan yola gəlincə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öhdəliklərinə sadiq qalaraq, bu yol boyunca hərəkətə icazə verib. Lakin Ermənistan yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu marşrutdan Azərbaycan ərazisində qanunsuz olaraq mövcud olan 10 000-ə yaxın silahlı qrupun rotasiyası, oraya silah, döyüş sursatı və minaların gətirilməsi, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və ixracı kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq şəkildə sui-istifadə edib.
Müraciətin mətnində deyilir ki, 23 aprel 2023-cü il tarixində Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün legitim hüququnu həyata keçirərək, Ermənistan-Azərbaycan dövlət sərhədində Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurmuşdur ki, buna da bu yoldan yuxarıda qeyd olunduğu kimi Ermənistan tərəfindən geniş şəkildə sui-istifadə edilməsi səbəb olmuşdur.
Ermənistan Azərbaycan ərazisindən tam şəkildə çıxarılmamış silahlı qüvvələrini təmin etmək və saxlamaq, eləcə də Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni yolla çıxarmaq üçün vasitələrdən məhrum olmaq reallığı ilə barışa bilməyib, manipulyasiya və beynəlxalq ictimaiyyəti çaşdırmaq kampaniyasına başlayıb.
Xüsusilə qeyd olunur ki, Ermənistanın Azərbaycanın Laçın sərhəd keçid məntəqəsini qanunsuz kimi qələmə vermək cəhdlərinin əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 6 iyul 2023-cü il tarixli Qərarı ilə Azərbaycanın şəxsi heyətinin Laçın yolundan çıxarılması ilə bağlı Ermənistanın müraciətini yekdilliklə və qəti şəkildə rədd etmişdir. Bununla da, Məhkəmə Ermənistanın sərhəd-keçid məntəqəsinin qanunsuz olması və onun Laçın yolunun hərəkətinə mane olması ilə bağlı sayıqlamalarını rədd edib.
Müraciətdə bildirilir ki, sərhəd keçid məntəqəsi yaradıldıqdan sonra Azərbaycanın Qarabağ regionundan Ermənistana mülki əhalinin hərəkəti xeyli artmış, cari ilin iyun ayının 15-dək bu məntəqədən 2000-dən çox şəxs keçmişdir. Həmin gün Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədçilərinə və Rusiya sülhməramlı qüvvələrinə basqın etmiş, nəticədə Azərbaycan sərhədçisi ağır xəsarət almışdır. Bu hücum təkcə Azərbaycan sərhədçilərinə qarşı yönəlməyib, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarına və nəzarət-buraxılış məntəqəsindən keçən mülki şəxslərə birbaşa təhlükə yaradıb. Bu silahlı təxribat BQXK-nın Qarabağ regionundan Ermənistana tibbi məqsədlərlə gedən bir qrup Ermənistan sakinini müşayiət etdiyi bir vaxtda baş verib, hücumun məqsədi Laçındakı yolun və sərhəd keçid məntəqəsinin uğurlu fəaliyyətini pozmaq olub.
Ermənistan Azərbaycanın Laçın yolunu qəsdən bağladığı barədə yalan iddiaya əl ataraq, gələcəkdə analoji xarakterli insidentlərin törədilməyəcəyinə zəmanət verməkdən imtina edir, bununla da, faktiki olaraq sərhəd keçid məntəqəsinin işinin tam bərpa olunmasına mane olur.
Müraciətdə vurğulanır ki, Azərbaycan öz növbəsində dəfələrlə Ermənistanı sərhəd və gömrük qurumları vasitəsilə fiziki şəxslərin, yüklərin və xidmətlərin maneəsiz və təhlükəsiz transsərhəd daşınmasını təşviq etmək üçün əməkdaşlığa çağırsa da, bu çağırışlar bu günədək Ermənistan tərəfindən cavabsız qalmaqdadır.
Ermənistanın Azərbaycandakı qeyri-qanuni silahlı qruplaşmalarını təchiz etmək məqsədilə ikili təyinatlı bəzi malları qaçaqmalçılıq yolu ilə keçirmək üçün BQXK-nın konvoylarından istifadə etmək inadkarlığına və ehtiyatsız cəhdlərinə baxmayaraq, Azərbaycan təcili tibbi yardım məqsədilə yerli erməni sakinlərinin Ermənistana keçidini asanlaşdırmağa davam edir. Qaçaqmalçılığa gəlincə, BQXK-nın humanitar mandatına və reputasiyasına xələl gətirən bu həyasız hərəkət təşkilat tərəfindən açıq şəkildə etiraf edilib.
Ermənistanın barışmazlığı fonunda Azərbaycan öz digər bölgələrindən Qarabağ bölgəsinə humanitar yüklərin daşınması üçün Ağdam üzərindən Xankəndiyə gedən şimal yolu kimi alternativ və daha qısa yollardan istifadə etmək üçün BQXK ilə əməkdaşlığı intensivləşdirib.
Müraciətdə vurğulanır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşün yekunlarına dair ictimai çıxışında Qarabağ sakinlərinin əsas ehtiyaclarının adekvat şəkildə ödənilməsini təmin edən komponent qismində Ağdam-Xankəndi marşrutundan mühüm marşrut kimi istifadəni təşviq edib.
O da qeyd olunur ki, bir sıra intensiv məsləhətləşmələrdən və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə olunub.
Birinci halda, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə BQXK tərəfindən humanitar yüklərin çatdırılmasına imkan vermək üçün Ermənistan tərəfinin Ağdam-Xankəndi yolundan istifadəsinə qoyduğu beton bloklar və bütün digər fiziki maneələr götürülməli idi. Bunun ardınca 24 saat ərzində BQXK tərəfindən Laçın yolundan istifadənin intensivləşdirilməsi aparılmalı idi. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idi.
İkinci halda, Azərbaycanın Yevlax şəhərində Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri ilə görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu.
Təəssüf ki, revanşist əhval-ruhiyyə ilə idarə olunan və normallaşma prosesi çərçivəsində öhdəliklərdən yayınan Ermənistan 5 avqust 2023-cü il tarixində qanunsuz olaraq qurulmuş kukla rejimi vasitəsilə son anda hər iki razılaşmadan geri çəkilib, siyasi motivli və qanunsuz ilkin şərtlər, həmçinin müxtəlif bəhanələr irəli sürüb.
Müraciətdə bildirilir ki, Ermənistan həllin bir hissəsi olmaq əvəzinə, gərginliyi süni şəkildə alovlandırmağa üstünlük verərək, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə, etnik ədavəti təbliğ etməyə, faktları saxtalaşdırmağa, çaşdırıcı məlumatlar yaymağa, “blokada” və “humanitar böhran”ların mövcudluğuna eyham vurmağa davam edir. Bu məqsədlə Ermənistan beynəlxalq ictimaiyyəti manipulyasiya etmək üçün ardıcıl səylər göstərir və paralel olaraq yerlərdə təxribat xarakterli siyasi və hərbi fəaliyyətlə məşğul olur.
Eyni zamanda, Ermənistanın təkrarlanan qeyri-konstruktiv davranış modeli Azərbaycanın Qarabağ bölgəsindəki etnik erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiyası cəhdlərinə də mane olur. Azərbaycan hökuməti öz sərhədləri daxilində yaşayan etnik ermənilərin rifahı üçün təminat verməyə, onların Azərbaycan Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərdə təsbit olunmuş bütün müvafiq hüquq və azadlıqlarını qorumağa hazırdır. Bu məqsədlə Azərbaycan bu prosesin tərkib hissəsi kimi bir neçə dəfə özünün Qarabağ bölgəsində yaşayan yerli ermənilərlə görüşlər keçirməyə hazır olduğunu bildirmişdir.
Müraciətdə nəzərə çatdırılır ki, Ermənistanın ardıcıl təxribatlarının iki ölkə arasında münasibətlərin normallaşması üçün tarixi imkan yarandığı bir vaxtda baş verdiyini vurğulamaq xüsusilə vacibdir. Son aylarda Azərbaycan beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesinin əhəmiyyətli dərəcədə intensivləşməsinə töhfə verib. Diplomatik dialoqlar fikir ayrılıqlarının azaldılmasında və dayanıqlı sülh və dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş gələcək ikitərəfli sazişin bir neçə maddəsində nəzərəçarpacaq irəliləyiş əldə edilməsində mühüm rol oynamışdır.
Ona görə də bu kritik mərhələdə beynəlxalq ictimaiyyət Ermənistanın manipulyasiya və dezinformasiya cəhdlərini rədd etməklə bağlı yüksək məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət Ermənistanı daha da ruhlandırmaq əvəzinə, onu Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətlərinə son verməyə, onun daxili işlərinə qarışmaqdan çəkinməyə və münaqişədən sonrakı normallaşma danışıqlarında vicdanla iştirak etməyə məcbur etməlidir.
Son dərəcə vacibdir ki, Ermənistan regionda onsuz da kövrək olan sülh şəraitini yenidən pozmaq üçün beynəlxalq platformalardan və institutlardan istifadə etməkdən çəkinsin.
Müraciətin sonunda azərbaycanlı parlamentarilər tərəfindən xarici həmkarlarının qərəzsiz və ədalətli mövqe nümayiş etdirəcəklərinə, Ermənistanın təbliğatını rədd edəcəklərinə, obyektivliyə, həqiqətə, beynəlxalq hüquqa söykənən davranış sərgiləyəcəklərinə ümid ifadə olunur.
Bölməyə aid digər xəbərlər

Dünən, 15:48
Prezident avtomobil yolunun açılışında iştirak edib
Dünən, 11:09
İlham Əliyev Çex liderinə məktub ünvanlayıb
Dünən, 10:22
Rumıniya Senatının sədri Azərbaycanda səfərdədir
Dünən, 09:47
Pakistan Senatının sədri Azərbaycana gəlib - Foto
Dünən, 00:03
Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür
27-10-2025, 14:24
Türkiyə xarici işlər nazirinin müavini Azərbaycana gəlib
27-10-2025, 12:15
Qarabağ sonasında daha 1644.6 hektar ərazi minalardan təmizlənib
26-10-2025, 11:28
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
25-10-2025, 11:31
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
25-10-2025, 10:17
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
24-10-2025, 20:54
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
24-10-2025, 16:07
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
24-10-2025, 13:52
"Sputnik Azərbaycan"ın şef redaktoru ev dustaqlığına buraxılıb
24-10-2025, 13:03
Prezident yol tikintisi ilə bağlı sərəncam imzalayıb
23-10-2025, 17:50
On yeddi mindən çox müəllimin maaşı artacaq
23-10-2025, 13:40
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
23-10-2025, 11:17
İlham Əliyev Viktor Orbana məktub göndərib
23-10-2025, 07:30
Türkiyə Qətərlə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir
22-10-2025, 13:03
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam
22-10-2025, 12:36
Estoniyanın xarici işlər naziri Bakıya gəlib - Fotolar
22-10-2025, 10:28
Əli Əsədov ədliyyə orqanlarına köçürülən vəsaitlə bağlı qərar imzalayıb
22-10-2025, 07:58
Ərdoğan Qətərə səfər edib
21-10-2025, 23:39
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
21-10-2025, 17:24
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
21-10-2025, 16:53
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
21-10-2025, 14:55
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
21-10-2025, 14:12
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
21-10-2025, 13:25
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
21-10-2025, 11:05
Hacıyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri vahid "6-lıq" modelini formalaşdırır
20-10-2025, 11:26
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
20-10-2025, 08:25
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
19-10-2025, 08:12
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
18-10-2025, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
18-10-2025, 11:14
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
18-10-2025, 00:03
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
17-10-2025, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
17-10-2025, 16:00
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
17-10-2025, 14:29
Prezident konfrans iştirakçılarına müraciət edib
17-10-2025, 12:48
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
17-10-2025, 12:30
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
17-10-2025, 11:05
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
17-10-2025, 09:27
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
17-10-2025, 07:53
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki