MN Kəlbəcərdə saxlanılan erməni diversantla bağlı yeni məlumat yayıb - Foto
Tarix: 16-08-2023 15:49 | Bölmə: Gündəm
MN Kəlbəcərdə saxlanılan erməni diversantla bağlı yeni məlumat yayıb

Avqustun 16-da saat 11:15 radələrində Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində saxlanılan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü, ilkin araşdırmalara görə, 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib.

İlkin ifadələrində Q. Voskanyan 44 günlük Vətən müharibəsində iştirakını etiraf edib.

Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}