Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər
Tarix: 16-08-2023 23:32 | Bölmə: Gündəm
Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər

ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.

Reyting.az
xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.

Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}