20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vüqar Bayramov: "Ermənistanın daha bir “şousu” uğursuzluğa düçar oldu"
Tarix: 17-08-2023 10:58 | Bölmə: Gündəm
Vüqar Bayramov: "Ermənistanın daha bir “şousu” uğursuzluğa düçar oldu"

"Ermənistanın daha bir “şousu” uğursuzluğa düçar oldu. BMT Təhlükəsizlik Şurasının son iclası bir daha təsdiq edir ki, Qafqazda dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır. Azərbaycanın Vətən Müharibəsindəki şanlı zəfərindən sonra regionda yeni düzən formalaşıb. Onu pozmaq, praktik olaraq, mümkün deyil".

Reyting.az
xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

V. Bayramov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də qardaş Türkiyənin Ağdam-Xankəndinin yolunun bütün növ əmtəələrin daşınmasına hazır olmasını qeyd etməsi də “blokada şousu”nun Ermənistanın növbəti manipulyasiya olduğunu göstərib.

Deputat əlavə edib ki, 26 kilometr uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndiyə ən qısa məsafə hesab olunur: "Laçın-Xankəndi yolu 60 kilometrdir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhvə baxımdan da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir".

V. Bayramov deyib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə şantaj məqsədi ilə istifadə etməsinin qarşısı alınıb və bu, Azərbaycan diplomatiyasının yeni uğurudur.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər